Azərbaycanın quru sərhədlərinin açılması ilə bağlı hökumətə təklif verildi - VİDEO

Hazırda oxunan: Azərbaycanın quru sərhədlərinin açılması ilə bağlı hökumətə təklif verildi - VİDEO

64188

Son dövrlər koronavirusa yoluxanların sayında ciddi azalma olduğundan ölkəmizdə karanatin rejimi çərçivəsində yumşalmalar tətbiq edildi, bəzi məhdudiyyətlər aradan qaldırılıb. Ona görə də növbəti mərhələdə sərhədlərin açılması təklif edilir.   

Bizim.Media xəbər verir ki, millət vəkili Vüqar Bayramov quru sərhədlərinin açılmasının da zəruri olduğunu vurğulayır. Onun sözlərinə görə, proses mərhələli şəkildə həyata keçirilə bilər. 

İqtisadçı alimin fikrincə, quru sərhədlərin bağlı qalması turizm sektoruna ciddi zərər vurur. 
 

MÖVZU İLƏ BAĞLI: 

Deputatdan Operativ Qərargaha ÇAĞIRIŞ: “Rusiya ilə quru sərhədləri açılmalıdır”


Millət vəkili əlavə edib ki, ölkə iqtisadiyyatında gəlirlilik baxımından neft-qaz sənayesindən sonra turizm sektoru ikinci yerdə qərarlaşıb. Quru sərhədlərinin açılması ilə bağlı veriləcək qərar adıçəkilən sektorda böyük irəliləyişə səbəb ola bilər. 

Pandemiyadan əvvəl Azərbaycanın turizmdən gəliri illik 2.7 milyard dollara çatmışdı, il ərzində ölkəmizə gələn turistlərin sayı 3 milyondan çox idi. Pandemiyanın mövcud təsirləri nəticəsində bu rəqəm 800 minə düşüb. 

Vüqar Bayramov deyir ki, bununla bağlı hazırlanmış təklif hökümətə təqdim olunub. 

Qeyd edək ki, koronavirus pandemiyasının yayılması ilə əlaqədar Azərbaycan qonşu ölkələrlə quru sərhədlərini 2020-ci ilin mart ayında bağlayıb. 

Xatırladaq ki, martın 8-ində Bizim.Media saytında Azərbaycan-Rusiya quru sərhədlərinin açılması məsələsi ilə bağlı material yayımlanıb. Millət vəkili Razi Nurullayev Operativ Qərargaha quru sərhədlərin açılması ilə bağlı çağırış edib.

"Xezerxeber"in mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik:

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin