Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzi tərəfindən işğaldan azad olunmuş Şuşada təşkil edilən ilk konsert proqramı bu gün İctimai televizyada yayımlanacaq.
Bizim.Media xəbər verir ki, konsert proqramı saat 22:35də təqdim olunacaq.
Xatırladaq ki, 22 dekabr tarixində Şuşada Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) inzibati binasının açılışı olub və DTX-nın Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə son 30 ilin ilk konserti keçirilib
Şanlı ordumuzun əsgərləri qarşısında Azərbaycanın xalq artisti Tünzalə Ağayeva, Ənvər Sadıxov və əməkdar artist Abbas Bağırov, xanəndə Almaz Orucova, opera ifaçısı Anar Şuşalı, müğənnilər Azad Şabanov və Cavid çıxış ediblər.
Açılışda Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev iştirak edib.
Bizim.Media