Bakı-Quba yolunun bir hissəsi yararsız vəziyyətə düşüb.
Bizim.Media xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılır.
Yoldan istifadə edən vətəndaşlar yolun yararsız olduğunu, gecə vaxtı və yağışlı, dumanlı havalarda yolun təhlükəli olduğunu bildirirlər.
Xatırldaq ki, bir müddət öncə fevralın 17-də Bakı-Quba-Rusiya yolunun H.Z.Tağıyev qəsəbəsindən keçən hissəsində körpüdən avtomobilin aşması nəticəsində bir ailənin bütün üzvləri həyatını itirmişdi. Qəzanın görüntüləri sosial şəbəkələrdə yayıldıqdan sonra bir sıra vətəndaşlar qəzanın səbəbi kimi yolun hamar olmamasını göstərirdilər, lakin iddialar sonradan öz əksini tapmadı, qəzaya əsas səbəbin yüksək sürət olduğu bildirildi.
Bəs Bakı-Quba yolu nə zaman əsaslı təmir olunacaq?
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, Bakı-Sumqayıt dairəvi yolu 1984-cü ildə çəkilib. 2008-ci ildə həmin yol yenidən qurulub.
Quba-Rusiya sərhədi avtomobil yolu 2010-cu ildə istifadəyə verilib. Quba yolunun bərpası üçün mütəmadi işlər aparılır.
"Ola bilsin ki, layihə düzgün icra olunmayıb, çəkilişdə səhlənkarlığa yol verilib, deyə o yol sıradan çıxıb. O yolun beton örtüyünün dəyişdirilməsinə böyük vəsait lazımdır. Həmin yola alternativ yol çəkilib. Həmin yol 2022-ci ildə istifadəyə veriləcək", - deyə məlumatda qeyd olunub.
Bizim.Media
- A-
- A
- A+
Multimedia
12:40 / 09.03.2022
Bakı-Quba yolu nə zaman əsaslı təmir olunacaq? - VİDEO
Hazırda oxunan: Bakı-Quba yolu nə zaman əsaslı təmir olunacaq? - VİDEO
Hazırda oxunan: Bakı-Quba yolu nə zaman əsaslı təmir olunacaq? - VİDEO
63804
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.