Suriyanın xarici işlər nazirinin müavini Bəşər Cəfəri deyib ki, Qərb Ukraynadakı yeni nasistləri - bütün Avropanı yerlə yeksan edən faşist Almaniyasının pankartlarını qaldıranları silahlandırmaqdan çəkinmir.
Bizim.Media xəbər verir ki, o, bu barədə RİA Novosti-yə müsahibəsində danışıb.
"Faşizm üzərində qələbədən 75 il keçir. İllərdən sonra Ukraynada Avropanın ruhu hesab edilən pankartları qaldıran yeni nasistlərə dəstək verənlər peyda oldu. Bu ölkələrdən və xüsusi xidmət orqanlarından Rusiyaya qarşı olduqları üçün dəstək aldılar. Qərbin maraqlarına uyğun olarsa, Rusiyaya qarşı olan şeytanı (Ukraynanın nəzərdə tutur) silahlandırmaqdan çəkinməyəcək”, - Cəfəri bildirib.
Suriyalı siyasətçinin sözlərinə görə, onilliklər əvvəl Qərbin Rusiya ilə birlikdə bu ümumi təhlükəyə qarşı mübarizə aparmasına baxmayaraq, Ukraynada nasistlərə dəstək bu gün də baş verir.
“Ancaq onlar həmin müharibədə əsl müttəfiq olsaydılar, bu gün yeni nasistlərə dəstək verməzdilər”, o, əlavə edib.
"Ona görə də təəccüblənmək lazım deyil və sabah İŞİD terrorçularının Ukraynaya göndəriləcəyini istisna etmirik", - Cəfəri əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Multimedia
09:40 / 01.03.2022
Suriyanın xarici işlər nazirinin müavini ukraynalıları nasist adlandırdı - VİDEO
Hazırda oxunan: Suriyanın xarici işlər nazirinin müavini ukraynalıları nasist adlandırdı - VİDEO
Hazırda oxunan: Suriyanın xarici işlər nazirinin müavini ukraynalıları nasist adlandırdı - VİDEO
62478
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.