Ukraynada baş verənlər İctimai TV-nin canlı efirində – VİDEO 

Hazırda oxunan: Ukraynada baş verənlər İctimai TV-nin canlı efirində – VİDEO 

61747

Xəbər verdiyimiz kimi, bu gün səhər tezdən Rusiya ordusu Ukraynaya qarşı geniş miqyaslı hücuma keçib. Nəticədə hər iki tərəfdən ölən və yaralanan var. Ukrayna mətbuatı hazırda bölgədə gərgin döyüşlərin getdiyini yazırlar. 

Bizim.Media xəbər verir ki, Azərbaycanın İctimai televiziyası da Ukraynada baş verənlərlə bağlı informasiya əldə edib. 

Bu ölkədə yaşayan jurnalist Emin Hüseynli deyib ki, ölkənin şərqində vəziyyət gərgindir:

“Paytaxt Kiyevdə də ölkə əhalisi panikaya düşüb, şəhəri tərk edənlərin sayı çıxalıb, yanacaqdoldurma məntəqələrində benzin qıtlığı var. Ərzaq dükanlarında və apteklərdə növbə yaranıb”. 

O, ölkədə yaşayan azərbaycanlılar haqda da danışıb:

“Hazırda soydaşlarımızın taleyi ilə bağlı pis xəbərlər yoxdur. Ümumiyyətlə mülki əhali yaşayan ərazilər bombalanmayıb”. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin