Bəzi məhsullara gömrük və vergi güzəştləri tətbiq ediləcək - VİDEO

Hazırda oxunan: Bəzi məhsullara gömrük və vergi güzəştləri tətbiq ediləcək - VİDEO

61506

Azərbaycana gətirilən və minimum istehlak səbətinə daxil edilən bəzi məhsullara güzəştlər tətbiq ediləcək. Güzəştlər həm idxal zamanı tətbiq olunan gömrük rüsumları, həm də bəzi məhsulların əlavə dəyər vergisi üzrə nəzərdə tutulub.

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, millət vəkili Vüqar Bayramov deyib ki, güzəştlərin tətbiq edilməsində məqsəd ərzaq məshulları üzrə qiymətlərin optimallaşdırılması və xaricdə tətbiq olunan qiymət artımının yerli bazara təsirini minimuma endirməkdir.

Onun sözlərinə görə, güzəştlər əsasən xaricdən idxal asılılığı olan və xarici bazarda qiymət artımı olan məhsullara edilə bilər.

Bununla bağlı Dövlət Gömrük Komitəsi xarici bazarlarda qiymətlərin statistik monitorinqini apararıb, ölkəmizdə həmin məhsullara olan tələbatı öyrəndikdən sonra güzəştlər tətbiq olunacaq.
Millət vəkili bildirib ki, hazırda ərzaq məhsullarına əsasən 10%-lik rüsum tətbiq olunur. Yeni qərarla bəzi ərzaq məhsulları üzrə bu rəqəm 0-a endirilə bilər.

Dövlət Gömrük Komitəsi tətbiq ediləcək güzəştlərlə bağlı digər qurumlar ilə birgə təkliflər hazırlayaraq təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin