Quba-Xınalıq yolundan ayrılan və güclü qar səbəbindən bağlanmış 19 km-lik Buduq-Zeyid yolunun qardan təmizlənməsi işləri davam edir.
Quba 5 saylı yol istismar idarəsindən Bizim.Media-ya verilən məlumata gorə, yol təsərrüfatı işçiləri güclü qar nəticəsində bağlanmış yolun açılması istiqamətində işləri davam etdirirlər.
Məlumata görə, Buduq-Zeyid yolunun 10-cu km-də, hətta 3 metrə yaxın qar olduğu müşahidə edilib.
Qurumun işçiləri həmin hissədə yolu tam açaraq avtomobillər üçün rahatlığı təmin ediblər. Yolun digər yerlərində də 1 metrdən 2 metrədək qar olduğu qeydə alınıb.
Hazırda Buduq kəndindən Zeyid kəndinə gedən yol qardan təmizlənir. Günün sonunacan Zeyid kəndinə yolun tam açılması təmin ediləcək.






Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu






























































































