Dəhşətli qəzada ölənlərin kimliyi bilindi – VİDEO

Hazırda oxunan: Dəhşətli qəzada ölənlərin kimliyi bilindi – VİDEO

606811

Aprelin 12-nə keçən gecə paytaxtın Suraxanı rayonu Zığ şosesində baş vermiş ağır qəzada ölənlərin kimliyi müəyyənləşib.

Bizim.Media xəbər verir ki, 2002-ci il təvəllüdlü Elmir Vaqif oğlu Qubadovun idarə etdiyi “Toyota Carolla”nın yolun hərəkət hissəsində dayanmış yük maşınına çırpılması nəticəsində 2 nəfər hadisə yerində ölüb.
 

Bunlar 1986-cı il təvəllüdlü Elvin Vaqif oğlu Əsgərov və 1984-cü il təvəllüdlü  Samir Qismət oğlu Məmmədovdur. Hadisə nəticəsində 1965-ci il təvəllüdlü Azad Yaqub oğlu Əhmədov isə xəsarətlər alıb.


Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, hadisəyə yük maşınının sutkanın qaranlıq vaxtı təhlükəsizlik tədbirlərinə əməl etməməsi səbəb olub. (Qafqazinfo.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin