İsrail ordusu Tulkərmdə partlayıcı maddələr hazırlanan laboratoriyanı MƏHV ETDİ - VİDEO

Hazırda oxunan: İsrail ordusu Tulkərmdə partlayıcı maddələr hazırlanan laboratoriyanı MƏHV ETDİ - VİDEO

606634

İsrail Müdafiə Qüvvələri Tulkərm düşərgəsində partlayıcı qurğuların hazırlandığı laboratoriyanın məhv edildiyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, İsrail mediasının yaydığı məlumata görə, hərbçilər əməliyyat zamanı müxtəlif silah növləri və bomba hazırlanmasında istifadə olunan materiallar da aşkarlayıblar.

Məlumata əsasən, laboratoriya 10 aprel tarixində aşkar edilib.
 

SAXAL-ın bildirdiyinə görə, burada hazırlanan partlayıcı qurğular İordan çayının qərb sahilində fəaliyyət göstərən İsrail hərbi qüvvələrinə qarşı hücumlar, eləcə də İsrail vətəndaşlarına qarşı terror aktları üçün nəzərdə tutulub.


Beləliklə, İsrail ordusu Tulkərmdə keçirilən əməliyyatın əsas məqsədinin partlayıcı təhlükəsinin qarşısını almaq və mümkün hücumları önləmək olduğunu vurğulayır. Hadisə ilə bağlı əlavə təfərrüatlar hələlik açıqlanmayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin