Kollektorun üzərində daha 22 ev var - 8-i sökülməlidir – VİDEO

Hazırda oxunan: Kollektorun üzərində daha 22 ev var - 8-i sökülməlidir – VİDEO

606341

Xətai rayonu, Rəşid Bağırov küçəsində kollektorun üzərində tikilmiş ümumilikdə daha 22 ev var və bunlardan 8-i hazırda ərazidə aparılan təmir işlərinə maneçilik törədir.

Bizim.Media xəbər verir ki, bununla bağlı ATV kanalında süjet hazırlanıb. 

ADSEA-nın Bakı Sukanal İdarəsinin rəis müavini Əlizadə Nəsirovun sözlərinə görə, həmin tikililər qəza baş verən yerə çox yaxın məsafədədir:

“8 ev zədəli zonada - qəza baş verən yerə 100-200 metr məsafədə yerləşir. Aşağı istiqamətlərdə də kollektor üzərində tikilmiş evlər var. Bu tikintilərin hamısı tam maneə törədir”. 
 

Qeyd olunub ki, kollektorun keçdiyi evlər siyahıya alınır. Sakinlər icra hakimiyyətinə çağırılıb. Onlara evlərinin sökülmə ehtimalının olduğu deyilib.


Xatırladaq ki, ötən həftə sözügedən ünvanda üzərində evlər tikildiyinə görə diametri 1200 mm olan tullantı su kollektoru çökməyə məruz qalıb, nəticədə Səbuhi Məmmədova məxsus ev sökülüb. 

Daha ətraflı videomaterialda:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin