Elçin Quliyev onlara beretlər verdi – FOTO/VİDEO

Hazırda oxunan: Elçin Quliyev onlara beretlər verdi – FOTO/VİDEO

606339

Dövlət Sərhəd Xidmətinin (DSX) "N" saylı hərbi hissəsində "Çevikçi" kursunu uğurla bitirmiş hərbi qulluqçulara beretlər təqdim olunub.

Bizim.Media xəbər verir ki, bu barədə DSX-dən məlumat verilib.

DSX-nin rəisi general-polkovnik Elçin Quliyev çıxışında bildirib ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində həyata keçirilən ardıcıl və məqsədyönlü islahatların ölkənin müdafiə qüdrətini keyfiyyətcə yeni mərhələyə yüksəldib və bu strategiyanın tərkib hissəsi olaraq DSX-nin maddi-texniki bazası müasir tələblərə uyğun şəkildə gücləndirilib.

Bildirilib ki, DSX-nin şəxsi heyəti müasir dövrün tələblərinə uyğun olaraq hazırlıqlı, vətənpərvər və yüksək intizamlı qüvvələr kimi formalaşır.
 

Çevik Hərəkət Qüvvələrinin "Çevikçi" kursunu bitirmiş hərbi qulluqçulara bu gün təqdim edilən beretlər isə onların peşəkarlığının, döyüş hazırlığının və Vətənə sədaqətinin rəmzidir.


Beretləri qəbul edən hərbi qulluqçular göstərilən yüksək etimada görə Ali Baş Komandana dərin minnətdarlıqlarını ifadə edərək, Vətənə, millətə və Dövlət Bayrağına, eləcə də Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyalarına daim sadiq qalacaqlarına, vətənin müdafiəsinə hər an hazır olacaqlarına, bu müqəddəs amal uğrunda canlarını və qanlarını əsirgəməyəcəklərinə and içiblər.

















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin