Sürüşmə təhlükəsinin yarandığı Bibiheybət yolunda SON DURUM – VİDEO

Hazırda oxunan: Sürüşmə təhlükəsinin yarandığı Bibiheybət yolunda SON DURUM – VİDEO

606302

“İntensiv yağıntıların fəsadlar yaratdığı Bibiheybət yolunda bərpa işlərinə başlanılıb”.

Bu barədə Bizim.Media-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
 

“Ərazidə əlavə risklərin qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər görülür. Yolun dayanıqlılığının bərpası və hərəkətin təhlükəsizliyinin təmin olunması üçün ərazidə bərpa işləri aparılır.


“İnşaat Norma və Qaydaları”na uyğun yeni torpaq yatağı və yol əsası inşa edilir. Ardınca həmin hissəyə yeni asfalt örtüyü döşənəcək.

Eyni zamanda, ərazi boyu səth sularının kənarlaşdırılması üçün müvafiq işlər də həyata keçiriləcək. Təmir-bərpa işləri qısa müddət ərzində yekunlaşdırılacaq”, deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, aprelin 6-da Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi səbəbindən hərəkət qismən məhdudlaşdırılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin