Son günlər yağan intensiv yağışlar nəticəsində Bakı şəhəri, Səbail rayonu, Bibiheybət yolunun keçdiyi ərazidə yaranmış torpaq sürüşməsi təhlükəsi ilə əlaqədar aprelin 6-da fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ərazidə olub.
Bizim.Media xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Nazir ərazidə yaranmış vəziyyətlə yerində tanış olub, Nazirlər Kabinetinin Tikinti, şəhərsalma və kommunal təsərrüfat şöbəsinin müdiri Feyruz Mustafayev, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Vüsal Nəsirli və digər müvafiq qurumların rəsmiləri və mütəxəssislərlə birgə fikir mübadiləsi aparılıb, atılacaq addımlar müzakirə olunub və aidiyyəti üzrə tapşırıqlar verilib.




Bizim.Media

- A-
- A
- A+
Multimedia
14:00 / 06.04.2026
Kəmaləddin Heydərov Keşlədən sonra sürüşmə ərazisinə getdi - FOTO/VİDEO
Hazırda oxunan: Kəmaləddin Heydərov Keşlədən sonra sürüşmə ərazisinə getdi - FOTO/VİDEO
Hazırda oxunan: Kəmaləddin Heydərov Keşlədən sonra sürüşmə ərazisinə getdi - FOTO/VİDEO
605415
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































