ABŞ dövlət katibi Marko Rubio Avropaya ABŞ qoşunlarının tam çıxarılması ehtimalı ilə bağlı xəbərdarlıq edib.
Bizim.Media xəbər verir ki, o bu barədə “Al-Jazeera” telekanalına müsahibəsində danışıb.
Rubionun sözlərinə görə, ABŞ hər zaman NATO-nun fəal tərəfdarı olub və bu dəstəyin əsas səbəblərindən biri ABŞ-ın xaricdə hərbi bazalar yerləşdirməsinin ona qlobal miqyasda təsir rıçaqları, çeviklik və operativ imkanlar qazandırmasıdır.
Rubionun sözlərinə görə, əgər NATO-nun mahiyyəti yalnız Avropanı müdafiə etməkdən ibarət olacaqsa və eyni zamanda ABŞ-a zəruri hallarda həmin bazalardan istifadə hüququ verilməyəcəksə, bu, Vaşinqton üçün sərfəli razılaşma sayıla bilməz.
“Belə bir oyunu davam etdirmək və bunun ABŞ üçün faydalı olduğunu iddia etmək çətindir. Buna görə də bütün bu məsələlərə yenidən baxılmalıdır. Tamamilə hər şey yenidən nəzərdən keçirilməlidir”, – deyə o vurğulayıb.
Bizim.Media


































































































