"Hər gün əlində bıçaqla həyətdə oynayan uşaqları təhdid edir" - VİDEO

Hazırda oxunan: "Hər gün əlində bıçaqla həyətdə oynayan uşaqları təhdid edir" - VİDEO

605363

Sumqayıt şəhərinin 41-ci məhəllə adlanan ərazisində yaşayan sakinlər ciddi təhlükə ilə üzləşdiklərini bildirirlər. 

Bizim.Media xəbər verir ki, sakinlərin sözlərinə görə, həmin ərazidə tək yaşayan Şahhüseyn Qəmbərov mütəmadi olaraq həyətdə oynayan uşaqlara qarşı aqressiv davranışlar sərgiləyir və əlində bıçaqla onların üzərinə hücum edir.

Bu səbəbdən valideynlər artıq uşaqlarını həyətdə oynamağa buraxmaqdan çəkinirlər.
 

Bundan əlavə, ərazi sakinləri bildirirlər ki, Ş.Qəmbərovun yaşadığı evi evdə eyri-qanuni və ictimai əxlaqa zidd halların baş verdiyi müşahidə olunur.


Məsələ ilə bağlı Bizim.Media-nın sorğusuna DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, araşdırma aparılır.

Qeyd edək ki, KİV-də gedən məlumatlara əsasən, 2023-cü ildə sözügedən şəxs tərəfindən həmin məhəllədə yaşayan 13 yaşlı uşaq bıçaqlanıb.


Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin