Tramp: “İranın bu gecə bir neçə hərbi lideri öldürüldü” - VİDEO

Hazırda oxunan: Tramp: “İranın bu gecə bir neçə hərbi lideri öldürüldü” - VİDEO

605185

ABŞ Prezidenti Donald Tramp Tehrana endirilən gecə zərbələrinin görüntülərini yayımlayıb və həmin hücum nəticəsində İranın bir sıra hərbi rəhbərlərinin öldürüldüyünü iddia edib. 

Bizim.Media xəbər verir ki, bu barədə bir neçə media orqanı onun Truth Social platformasında yaydığı paylaşımına istinadən məlumat verib.
 

Tramp paylaşımında bildirib ki, “İranın ölkəni pis və ağılsız idarə edən bir çox hərbi lideri bu gecə Tehrana endirilmiş irimiqyaslı zərbə nəticəsində məhv edilib”. 


Onun yaydığı videoda paytaxt üzərinə endirilən gecə hücumlarının görüntüləri əks olunub.

Hazırda bu iddianın miqyası və konkret hansı şəxslərin hədəfə alındığı barədə müstəqil, tam təsdiqlənmiş siyahı açıqlanmayıb. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin