Müdafiə Nazirliyinin Milli Müdafiə Universiteti cari ilin 31 may tarixinədək Heydər Əliyev adına Hərbi İnstituta, Hərbi Tibb Fakültəsinə, Bakı və Naxçıvan Hərbi Kolleclərinə, Heydər Əliyev adına və Cəmşid Naxçıvanski adına Hərbi Liseylərinə elektron sənəd qəbulu davam edir.
Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının vətəndaşları istənilən bölgədən mmu.edu.az saytının “Təhsil müəssisələrinə qəbul” bölməsindən müraciət etməklə seçdiyi təhsil müəssisəsinə aid sənəd qəbulu portalına keçid edərək, müvafiq portaldakı “Sənədlər” hissəsindən proseslə bağlı məlumatları əldə edə bilər (qadın cinsli vətəndaşların qəbulu yalnız Heydər Əliyev adına Hərbi İnstituta, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin “Hərbi həkim” və “Hərbi feldşer işi” ixtisaslarına nəzərdə tutulmuşdur).
Vətəndaşları maraqlandıran suallarla bağlı Milli Müdafiə Universitetinin çağrı mərkəzi – *0811 (iş günlərində saat 09:00-dan 17:30-dək) və [email protected] elektron poçt ünvanı fəaliyyət göstərir.
Fəxr edəcəyin gələcəyi seç!
Bizim.Media

- A-
- A
- A+
Multimedia
14:59 / 03.04.2026
Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO
Hazırda oxunan: Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO
Hazırda oxunan: Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO
604874
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































