İran “Amazon”un hostinq tərəfdaşının binasına da ZƏRBƏ ENDİRDİ – VİDEO

Hazırda oxunan: İran “Amazon”un hostinq tərəfdaşının binasına da ZƏRBƏ ENDİRDİ – VİDEO

604358

İran tərəfindən Bəhreyndə yerləşən ABŞ-a məxsus hərbi və strateji obyektlərə qarşı hücumlar həyata keçirilib.

Bizim.Media İran KİV-ə istinadla xəbər verir ki, ölkə ərazisində yerləşən bir sıra strateji məntəqələrdə 8-dən çox güclü partlayış qeydə alınıb.
 

Məlumata əsasən, hədəflər arasında ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının bazası, “Əl-Dila” hərbi bazası, həmçinin Sar və Əs-Səxir bölgələrində yerləşən və ABŞ qüvvələrinin dislokasiya olunduğu obyektlər yer alıb.


İddialara görə, hücumlar pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilib.

Eyni zamanda, İran tərəfi Bəhreyndə yerləşən və ölkənin ən böyük telekommunikasiya şirkəti sayılan Batelco-nun baş ofisinin də dron hücumuna məruz qaldığını bildirir.

Qeyd olunur ki, bu şirkət Amazon-un veb xidmətlərinin region üzrə hostinq tərəfdaşlarından biridir.

Xatırladaq ki, bir gün əvvəl İran ABŞ-la əlaqəli şirkətlərə qarşı regionda hücumlara başlayacağını bəyan etmişdi.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin