Xaçmazda ekoloji təhlükə – “Qırmızı kitab”a düşən qızılağacları kim məhv edir? - VİDEO

Hazırda oxunan: Xaçmazda ekoloji təhlükə – “Qırmızı kitab”a düşən qızılağacları kim məhv edir? - VİDEO

603629

Xaçmaz rayonunun Armudpadar kəndi ərazisində yerləşən massivdə qiymətli qızılağaclar kütləvi şəkildə kəsilib.
 

“Qırmızı kitab”a düşən bu ağacların kütləvi kəsilməsi ilə yanaşı yerli sakinlərin yolunun bağlanması və su xətlərinin dağıdılması iddiaları vəziyyəti daha da gərginləşdirir.


Şikayət əsasında çəkiliş qrupumuz sözügedən əraziyə baş çəkib. Çəkiliş zamanı onlarla qızılağacın kəsildiyi, hətta doğranaraq yığıldığı aydın şəkildə qeydə alınıb.

Şikayətçi Emin Həmidov bildirir ki, məsələ yalnız ağacların məhv edilməsi ilə bitmir. Onun sözlərinə görə, sahəyə gedən yol bağlanıb, ətraf ərazilərin suvarma xətləri dağıdılıb və ərazidə balıqçılıq təsərrüfatı yaratmaq məqsədilə göl qazılıb. Üstəlik, bu ərazidən magistral qaz xəttinin keçməsi də əlavə risklər yaradır.

Daha ətraflı videoreportajda


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin