Kürdəmirdə avtomobil yandı - VİDEO

Hazırda oxunan: Kürdəmirdə avtomobil yandı - VİDEO

602865

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kürdəmir rayonu, Xırdapay kəndində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.
 

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “MERCEDES” markalı minik avtomobilinin mühərrikində baş vermiş yanğın digər hissələrinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.


Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi yanıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin