Pulsuz təmizlədiyi evlərdən milyonlar qazanır – FOTO/VİDEO

Hazırda oxunan: Pulsuz təmizlədiyi evlərdən milyonlar qazanır – FOTO/VİDEO

602604

Finlandiyalı sosial media fenomeni Auri Kananen qısa müddətdə adi təmizlik işindən milyonlarla gəlir gətirən rəqəmsal biznes qurmağı bacarıb. Onun uğur modeli həm sosial şəbəkələrdə, həm də biznes dünyasında diqqət mərkəzinə çevrilib.

Bizim.Media xəbər verir ki, xarici media mənbələrinin yaydığı məlumata görə, “Aurikatariina” adı ilə tanınan fenomen fəaliyyətinə 2020-ci ildə pandemiya dövründə başlayıb. 

O, ən çirkli və baxımsız evləri pulsuz təmizləyərək bu prosesi video formatında paylaşmağa başlayıb və qısa müddətdə viral populyarlıq qazanıb.

Onun çəkdiyi görüntülərdə zibil, kif və zərərvericilərlə dolu evlərin təmizlənməsi əks olunur. Bu videolar milyonlarla baxış toplayaraq Kananeni qlobal miqyasda tanıdıb və sosial medianın ən diqqətçəkən simalarından birinə çevirib.

Viral olan videolar sayəsində böyük brendlərlə reklam və sponsorluq müqavilələri imzalanıb,

YouTube platformasından yüz minlərlə avro qazanc əldə edilib. Kananenin ümumi gəliri isə milyonlarla avroya çatıb. (musavat.com)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin