Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı “Əl-Cəzirə” telekanalına müsahibəsində ölkənin yeni ali rəhbəri Müctəba Xameneyinin sağlamlıq vəziyyəti ilə bağlı açıqlama verib.
Bizim.Media “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, Əraqçı bildirib ki, ali lider səthi zədələrlə əlaqədar heç bir ciddi problem yaşamır və vəziyyət tam nəzarət altındadır:
“Bildiyim qədəri ilə İranın yeni ali rəhbəri yalnız səthi zədələr alıb, ancaq səhhəti olduqca yaxşıdır və vəziyyət nəzarət altındadır”.
Nazir əlavə edib ki, ali rəhbərin xalqla əlaqəsi və bəyanatlar verməsi onun öz qərarına bağlıdır:
“Onun xalqla nə vaxt və necə danışması, istər bəyanatla, istərsə də birbaşa və vizual iştirakla, onun öz qərarından asılıdır. Ancaq mənə məlum olan və dəqiqliyinə əmin olduğum məlumat onun tam sağlam olmasıdır”.
Bizim.Media































































































