İsrailin hərbi aviasiyası Beyrutun mərkəzi meydanının yaxınlığında yerləşən çoxmərtəbəli yaşayış binasını tamamilə dağıdıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı RİA Novosti agentliyinin müxbiri yayıb.
Məlumata görə, söhbət Beyrutun Başura rayonunda yerləşən binadan gedir. Agentliyin yazdığına görə, həmin bina ötən həftə də iki dəfə zərbəyə məruz qalmış, lakin o zaman yalnız qismən zədələnmişdi.
“İsrailin bu binadan niyə xoşu gəlmədiyini bilmirəm. Onlar 2024-cü ildəki əvvəlki müharibədə də bu binanı vurmuşdular. Bu, adi insanların yaşadığı adi yaşayış evi idi”, — deyə dağıdılan binanın qarşısındakı kafedə çalışan əməkdaş RİA Novosti-yə bildirib.
Məlumatda o da qeyd olunur ki, çərşənbəyə keçən gecə Başura ilə qonşu rayonda yerləşən başqa bir ev də aviazərbəyə məruz qalıb. Həmin hücum nəticəsində dörd nəfər ölüb, yeddi nəfər isə yaralanıb.
Bizim.Media































































































