Naxçıvanda kredit adı ilə kiberdələduzluq edən qadın TUTULDU – VİDEO

Hazırda oxunan: Naxçıvanda kredit adı ilə kiberdələduzluq edən qadın TUTULDU – VİDEO

601757

Naxçıvanda kredit adı ilə kiberdələduzluq edən şəxs saxlanılıb.

Bizim.Media xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında polis əməkdaşları tərəfindən vətəndaşlara qarşı törədilən kiberdələduzluq faktı ilə bağlı əməliyyat tədbiri həyata keçirilib.

Daxil olmuş müraciətlər əsasında keçirilmiş əməliyyat-texniki tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 21 yaşlı Elnarə Bünyatova saxlanılıb.

Araşdırmalarla E.Bünyatovanın özünü bank əməkdaşı kimi təqdim edərək 070-767-56-96, 077-351-95-76, 070-935-75-65, 077-104-44-08, 077-349-96-82 və digər nömrələri, eləcə də "TikTok" platformasında" azturan83", "turanbank_az", "azeturanbank" və "krediagro" adlı səhifələr vasitəsilə vətəndaşlara kredit veriləcəyi vədi ilə 50 yaxın şəxsi aldadaraq talama əməlləri törətdiyi müəyyən olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin