Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın dövlət başçısı Vladimir Putinlə görüşü zamanı bildirib ki, Xarici İşlər Nazirliyi digər departamentlərlə birlikdə Moskvanın təhlükəsizlik təkliflərinə Vaşinqton və Brüsselin cavablarını diqqətlə öyrənib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “RİA Novosti” agentliyi yayıb.
MÖVZU İLƏ BAĞLI:
Lavrovdan PUTİNƏ: “Qərblə razılığa gəlmək şansı həmişə var” - VİDEO
“Qərb əsas məsələlərə - NATO-nun genişlənməməsinə, zərbə silahlarının yerləşdirilməməsinə və Avropada hərbi-siyasi konfiqurasiyanın 1997-ci ildəki mövqelərə qaytarılmasına mənfi reaksiya verib. Təbii ki, bu, bizi qane edə bilməz”, - nazir əlavə edib.
Bizim.Media