Tehrandakı xalq yürüşünə Pezeşkian da qoşuldu – VİDEO

Hazırda oxunan: Tehrandakı xalq yürüşünə Pezeşkian da qoşuldu – VİDEO

601356

İranda "Müqəddəs Qüds" günü ilə bağlı yürüş keçirilir.

Bizim.Media xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Tehranda baş tutan, minlərlə insanın qatıldığı yürüşə İran Prezidenti Məsud Pezeşkian da qatılıb.

Xatırladaq ki, "Müqəddəs Qüds" günü hər il Ramazan ayının sonuncu cümə günü keçirilir.
 

Onun təşəbbüskarı İslam Respublikasının banisi ayətullah Ruhulla Xomeyni olub. Tədbirin hədəfi Fələstin xalqı ilə həmrəliyi nümayiş etdirməkdir. "Müqəddəs Qüds" günü 1979-cu il fevral inqilabından sonra hər il keçirilir.


İnsanlar küçələrə çıxır, Fələstin xalqına dəstək ifadə edir, ABŞ və İsrailə qarşı şüarlar söyləyirlər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin