"Bədənim tanınmaz hala düşdü" - Pasiyentdən Səkinə Xudiyevaya ağır ittiham – VİDEO

Hazırda oxunan: "Bədənim tanınmaz hala düşdü" - Pasiyentdən Səkinə Xudiyevaya ağır ittiham – VİDEO

601273

Əməliyyatdan sonra bədəninin deformasiyaya uğradığını və aparılan cərrahi prosedurların izlərinin qaldığını iddia edən vətəndaş estetik əməliyyatla bağlı şikayət edib.

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, uğursuz əməliyyat keçirildiyini deyən şikayətçi Günay Kərimlinin sözlərinə görə, bir neçə il əvvəl plastik cərrah kimi fəaliyyət göstərən Səkinə Xudiyevaya müraciət edib.

O bildirib ki, həkimə mammoplastika, abdominoplastika və qolgərmə əməliyyatları etdirmək üçün üz tutub.

Lakin aparılan əməliyyatlar uğursuz nəticələnib və əməliyyatdan sonra bədənində ciddi fəsadlar yaranıb.

Şikayətçi bildirir ki, yaranan qüsurların aradan qaldırılması üçün həkim tərəfindən ona təkrar əməliyyat edilib. Ancaq revizion əməliyyatın nəticəsi də uğursuz olub.
 

İddialarda adı çəkilən həkim Səkinə Xudiyeva ilə əlaqə saxlanılıb. Həkim məsələ ilə bağlı öz mövqeyini açıqlayıb.


Daha ətraflı videoda:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin