Pakistan Kabildə Talibanın qərargahına hava zərbəsi endirib.
Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, zərbə Pakistana qarşı hücumların koordinasiyası və planlaşdırılması mərkəzi kimi istifadə olunan binaya endirilib.
Taliban hücumları təsdiqləsə də, əslində Qəndəhar hava limanı yaxınlığındakı Kam Air özəl aviaşirkətinə məxsus yaşayış məntəqələrinin və yanacaq anbarının bombalandığını iddia edib.
Əfqanıstan rəsmilərinin məlumatına görə, hücumlar nəticəsində Kabildə 4 nəfər həlak olub, 15 nəfər isə yaralanıb.
Bizim.Media
































































































