Meloni: “İran Avropa ölkələrinə zərbə endirə bilər” – VİDEO

Hazırda oxunan: Meloni: “İran Avropa ölkələrinə zərbə endirə bilər” – VİDEO

600931

Bu gün İtaliyanın Baş naziri Ciorcia Meloni bildirib ki, İranın nüvə silahı əldə etməsinə və Avropanı hədəfə ala biləcək raket imkanlarını inkişaf etdirməsinə imkan verilməməlidir.

Bizim.Media-nın məlumatına görə, Meloni qeyd edib ki, belə bir ssenari xüsusilə İtaliya və digər Avropa ölkələri üçün ciddi təhlükə yarada bilər.

Onun sözlərinə görə, ayətullah rejiminin nüvə silahı və uzaqmənzilli raket imkanlarına sahib olması qəbuledilməzdir.

Bununla yanaşı, o, ölkəsinin İrana qarşı hər hansı hərbi əməliyyatda iştirak etmədiyini və belə bir niyyətinin olmadığını vurğulayıb.
 

Meloni, eyni zamanda Minab şəhərində məktəbə edilən hücumu da qətiyyətlə pisləyib. O bildirib ki, hadisə nəticəsində gənc qızların həlak olması faciədir və məsul şəxslər mümkün qədər tez müəyyən edilərək ədalət qarşısına çıxarılmalıdır.


O, qurbanların ailələrinə başsağlığı verərək onların kədərini bölüşdüyünü də əlavə edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin