Sabunçu sakinlərinə ŞAD XƏBƏR – VİDEO

Hazırda oxunan: Sabunçu sakinlərinə ŞAD XƏBƏR – VİDEO

600862

Metronun “28 May” stansiyasını Sabunçu qəsəbəsi (68 nömrəli tam orta məktəb) ilə əlaqələndirən 49 nömrəli müntəzəm marşrutun avtobusları yenilənib. 

AYNA-dan Bizim.Media-ya verilən məlumata görə, qurum tərəfindən keçirilən müsabiqənin nəticəsinə əsasən, artıq yeni daşıyıcı (BakuBus) xəttin istismarını həyata keçirir. 

Marşrut xəttində 30 böyüktutumlu avtobus 5-6 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərir. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 AZN təşkil edir.

Məlumatda bildirilib ki, vətəndaşların rahatlığı, onlara keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədi ilə avtobus parkının yenilənməsi AYNA tərəfindən diqqətdə saxlanılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin