İranın Kerman hava limanı ABŞ və İsrail hücumları nəticəsində zərər görüb.
Bizim.Media xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Məlumata görə, hava limanında park edilmiş iki köhnə təyyarə vurulub. Bundan əlavə, dörd yanacaq anbarı da zərbələrə tuş gəlib.
Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib. Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb.
İranın raket hücumları təkcə İsraili deyil, digər region ölkələrini, o cümlədən Azərbaycanı da əhatə edib.
Bizim.Media

































































































