İranın raket zərbələrindən sonra Ben-Qurion hava limanında xaos - VİDEO

Hazırda oxunan: İranın raket zərbələrindən sonra Ben-Qurion hava limanında xaos - VİDEO

600591

İsraildə Ben Gurion hava limanında İranın raket zərbələrindən sonra ciddi qarışıqlıq yaranıb.

Bizim.Media xəbər verir ki, yerli mənbələrin məlumatına görə, hücum xəbərləri fonunda yüzlərlə insan ölkəni tərk etmək üçün hava limanına axışıb və nəticədə terminallarda panika yaşanıb.
 

Bildirilir ki, sərnişinlərin kütləvi şəkildə hava limanına gəlməsi səbəbindən zallarda qarşıdurmalar, dava və nizamsızlıq halları baş verib. Təhlükəsizlik qüvvələri vəziyyəti nəzarətdə saxlamağa çalışsa da, uzun növbələr və sıxlıq səbəbindən gərginlik artıb.


Məlumata görə, tətbiq edilən məhdudiyyətlərə əsasən, hər reys üzrə maksimum 100 sərnişinin uçuşuna icazə verilir. Bu səbəbdən yüzlərlə insan planlaşdırdıqları uçuşlara minə bilməyib və hava limanında qalmağa məcbur olub.

Nəticədə bir çox sərnişin ölkəni tərk edə bilmədiyi üçün hava limanında vəziyyət daha da gərginləşib və terminallarda xaos yaranıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin