Bakıda AĞIR QƏZA – Qadın belə xilas edildi – VİDEO

Hazırda oxunan: Bakıda AĞIR QƏZA – Qadın belə xilas edildi – VİDEO

600174

Bakının Qara Qarayev prospektində baş verən qəza nəticəsində vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb. 

Bizim.Media xəbər verir ki, hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
 

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Toyota Corolla”, “Hyundai” və “Toyota Prius” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və “Toyota Prius” markalı minik avtomobilində vətəndaş müxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.


Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə vətəndaş, 1994-cü il təvəllüdlü İslamzadə Nəzrin Faiq qızını xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin