Martın 5-nə keçən gecə Ukraynaya məxsus pilotsuz uçuş aparatları Rusiyanın Saratov vilayətində “mülki obyektlərə” hücum edib.
Bizim.Media xəbər verir ki, bu barədə regionun qubernatoru Roman Busarqin məlumat verib.
Qubernator hücumun konkret hansı obyektlərə yönəldiyini açıqlamayıb. Lakin onun sözlərinə görə, hadisə nəticəsində yaralananlar var, həmçinin bir neçə yaşayış binasında və sosial obyektlərdə pəncərələr zədələnib.
Telegram kanallarında yayılan məlumatlara görə, hücumun əsas hədəfi Saratovun Zavodskoy rayonunda yerləşən neft emalı zavodu ola bilər.
Bildirilir ki, vurulan pilotsuz aparatların qalıqları məktəb ərazisinə də düşə bilər. Hadisə ilə bağlı əlavə məlumatların dəqiqləşdirildiyi qeyd olunur.
Bizim.Media






























































































