İran paytaxtında hazırda vəziyyət necədir? - VİDEO

Hazırda oxunan: İran paytaxtında hazırda vəziyyət necədir? - VİDEO

599014

İran Prezident Administrasiyası ölkə başçısı Məsud Pezeşkianın tam sağlamlıq və təhlükəsizlik şəraitində olduğunu açıqlayıb.

Bununla belə, prezidentin özü tərəfindən indiyədək nə rəsmi bəyanat, nə müsahibə, nə də sosial media üzərindən İran xalqına hər hansı müraciət və ya başsağlığı mesajı verilməyib. 

Bizim.Media xəbər verir ki, bu məqam ictimaiyyət arasında suallar doğurur.

Mövzu ilə bağlı məlumat "Aktual Gündəm" verilişində səsləndirilib.

Bildirilib ki, hazırda Tehranın küçələrində minlərlə, bəzi mənbələrin iddiasına görə isə hətta yüzminlərlə insan toplaşıb.
 

Eyni zamanda şəhərin xüsusilə şərq hissəsində vəziyyətin gərgin olduğu, ərazidə partlayış və yanğınların baş verdiyi qeyd olunur. Bombardmanın davam etdiyi bildirilir.


Məlumata görə, insanların kütləvi şəkildə küçələrdə olduğu bir vaxtda şəhərin vurulması əlavə humanitar və təhlükəsizlik problemləri yarada bilər.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin