Qubada məscid tamamilə yandı - ÖZƏL - VİDEO

Hazırda oxunan: Qubada məscid tamamilə yandı - ÖZƏL - VİDEO

598945

Quba rayonunun İkinci Nügədi kəndində məscid yanıb.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Hacı Seyid Siracəddin məscidində bu gün səhər saat 5 -ə işləmiş yanğın baş verib.

İkinci Nügədi kəndinin imamı Hacı İlkin Qayıbov Bizim.Media-ya faktı təsdiqləyərək məscidin söndürülməsinə FHN-in Quba Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları və yanğınsöndürən avtomobili cəlb olunduğunu deyib.

Alov güclü olduğundan məscid tamamilə yanıb, yalnız divarları qalıb. Yanğınsöndürənlər alovu söndürüblər.

İlkin ehtimala görə, məscid qaz sızmasından yanıb.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin