Qusarda keçirilən konfransda canlı cərrahi əməliyyat nümayiş olundu - VİDEO

Hazırda oxunan: Qusarda keçirilən konfransda canlı cərrahi əməliyyat nümayiş olundu - VİDEO

598642

Qusar rayon  Mərkəzi  xəstəxanasında keçirilən Minimal Cərrahlar Cəmiyyətinin regional konfransında iştirak edən cərrahlar cərrahi əməliyyatlar da icra ediblər.

Qusar rayon Mərkəzi Xəstəxanasının mətbuat katibi Anjela Zalova Bizim.Media-ya həmin əməlliyyatlardan biri barədə məlumat verib.
 

Bildirib ki, M.Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzinin yoğun və düz bağırsağın cərrahlığı şöbəsinin müdiri, Azərbaycan Minimal Cərrahlar Cəmiyyətinin prezidenti Qurbanxan Müslümov xəstə üzərində Laparoskopik xolesistektomiya (öd kisəsinin kiçik kəsiklər vasitəsilə (qapalı üsulla) çıxarılması əməliyyatı edib.


Uğurla keçən əməlliyyat barədə videogörüntülərlə iştirakçılara və Qusar rayon mərkəzi xəstəxanasının bu sahə üzrə mütəxəssislərinə məlumat verilib.

"Bölgələrdə keçirilən belə regional konfranslarda mərkəzdən gəlmiş həkim heyəti ilə birbaşa ünsiyyət yerlərdə bu xəstəliklərdən əziyyət çəkən insanlara rahatlıq baxımından əhəmiyyətlidir”- deyə Anjela Zalova vurğulayıb.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin