Tələbə qızlar şantaj olunurlar - VİDEO

Hazırda oxunan: Tələbə qızlar şantaj olunurlar - VİDEO

598366

Bir qrup tələbə qızın sosial şəbəkələrdə paylaşdıqları şəkillər süni intellektlə dəyişdirildikdən sonra qeyri-etik formada yenidən paylaşılıb. Silmək üçün isə pul tələb edilib.

Bizim.Media xəbər verir ki, son günlər bununla bağlı şəbəkələrdə məlumatlar yayılıb.

Bildirilib ki, hadisə Bakı Dövlət Universitetinin hüquq fakültəsində oxuyan tələbə qızların başına gəlib.

“Xəzər xəbər” komandası universitetə yollanıb məsələni dəqiqləşdirməyə çalışıb.
Jurnalistika fakültəsinin tələbəsi Zeynəb Həsənova dedi ki, nəinki hüquq fakültəsində oxuyanların, bu problem universitetin digər fakültələrində təhsil alanların və özünün də başına gəlib.
 

Paylaşımı kimin etdiyi bilinməsə də, bu məsələ xüsusən də xanım tələbələri çox narahat edib. Bakı Dövlət Universitetindən sorğumuza cavab olaraq bildirilildi ki, məsələ barədə hüquqi müstəvidə addımlar atılır.  


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən isə məsələ ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparıldığı qeyd olundu.

Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında: 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin