42 milyonluq səhifə bayrağımızı paylaşdı - VİDEO

Hazırda oxunan: 42 milyonluq səhifə bayrağımızı paylaşdı - VİDEO

598338

Bakıdakı Dövlət Bayrağı Meydanının görüntüləri instaqramın milyonlarla izləyicisi olan məşhur “Pubity” səhifəsində paylaşılıb.

Bizim.Media xəbər verir ki, videoda Bakıdakı bayraq dirəyinin tarixi və texniki göstəriciləri barədə maraqlı faktlar yer alıb.

Səhifə paylaşımda bayraq dirəyinin 50 mərtəbəli binadan daha hündür olduğunu xüsusi qeyd edib.

Videoda bildirilir ki, 2010-cu ildə inşa edilən 162 metrlik dirək vaxtilə dünyanın ən hündür sərbəst dayanan bayraq dirəyi kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb:
 

“Dalğalanan bayrağın ölçüləri 70x35 metr, çəkisi isə təxminən 350 kiloqramdır ki, bu da bir royal pianonun çəkisinə bərabərdir. Lakin sonradan Səudiyyə Ərəbistanı və Misirdə ucaldılan dirəklər bu rekordu yeniləsə də, dünyada ən yüksək bayraq dalğalandırmaq uğrunda rəqabət hələ də davam edir”.


Qeyd edək ki, 2024-cü ildə aparılan yenidənqurma işlərindən sonra meydandakı bayraq dirəyi daha da hündürləşdirilib (təxminən 191 metr) və indi o, ölçülərinə görə (yeni rekord 36x72 metr) yenidən dünya liderləri sırasındadır. (Mənbə: Qafqazinfo.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin