Zelenski Trampın ittihamlarına CAVAB VERDİ: “Diktator deyiləm və müharibəni mən başlamamışam” – VİDEO

Hazırda oxunan: Zelenski Trampın ittihamlarına CAVAB VERDİ: “Diktator deyiləm və müharibəni mən başlamamışam” – VİDEO

597784

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampın onu “diktator” və “müharibədə günahkar” adlandırması ilə bağlı əvvəlki açıqlamalarına münasibət bildirib.

Bizim.Media xəbər verir ki, BBC-yə müsahibə zamanı aparıcı Zelenskidən Trampın bəyanatları barədə soruşub və xatırladıb ki, o, bir vaxtlar Ukrayna liderini “diktator” və “müharibəni başlayan şəxs” adlandıraraq, faktiki olaraq Kremlin rəhbəri Vladimir Putinin mövqeyini təkrarlayıb.

“Mən diktator deyiləm və müharibəni mən başlamamışam, məsələ bundadır”, – deyə Zelenski cavab verib.

Zelenski həmçinin qeyd edib ki, Ukrayna hazırda işğal olunmuş ərazilərin azad edilməsi məsələsi ilə məşğul ola bilmir. Bunun iki əsas səbəbi var: müharibədə şəxsi heyətin çatışmazlığı və silah qıtlığı.
 

“Bu gün bunu etməyə çalışmaq milyonlarla insan itkisi demək olardı, çünki Rusiya ordusu böyükdür və biz belə addımların qiymətini anlayırıq. Bizim kifayət qədər insanımız yoxdur. İnsanlar olmadan torpaq nədir? Açığı – heç nə”, – deyə Zelenski izah edib.


Ukrayna Prezidenti bildirib ki, Ukraynanın Donbasdan geri çəkilməsi cəmiyyətdə parçalanmaya səbəb ola bilər.

“Mən buna sadəcə ərazi kimi baxmıram. Bu, mövqelərimizin zəiflədilməsi və orada yaşayan yüz minlərlə vətəndaşımızdan imtina deməkdir... Əminəm ki, belə addım cəmiyyətimizi parçalayardı”, – deyə Zelenski vurğulayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin