“Toyuqlar öz həyətimdəndir, əliboş gəlim?!” - Azərbaycanlı qadın gündəm oldu - Video

Hazırda oxunan: “Toyuqlar öz həyətimdəndir, əliboş gəlim?!” - Azərbaycanlı qadın gündəm oldu - Video

597395

Türkiyənin Sabiha Gökçen Beynəlxalq Hava Limanında baş vermiş hadisə maraqla qarşılanıb.

Bizim.Media xəbər verir ki, DMAX kanalında “Gümrük muhafaza Türkiye” adlı layihə çərçivəsində yayımlana görüntülərdə azərbaycanlı qadının gömrük yoxlamasından keçdiyi anlar öz əksini tapıb. 
 

Belə ki, qadına məxsus çamadandan 2 qutu paxlava, dondurulmuş toyuq  və fərqli çeşiddə yeməklər aşkarlanıb.


Bu zaman təamları uşaqları üçün gətirdiyini bildirən qadın həmçinin gömrük işçilərinə də paxlava təklif edib.

Yeməklərin sərhəddən keçirilməsinin qadağan olduğunu söyləyən əməkdaşa o cavabında deyib:

“Toyuqlar öz həyətimdəndir. Yeməklərin hamısını özüm hazırlamışam. Bunlar uşaqlarım üçündür. Nə edim? Oradan bura əliboş gəlim?!”

Həmin kadrları təqdim edirik:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin