"İçindən həşəratlar çıxdı" - Çips paketlərində qurdlar olur? - VİDEO

Hazırda oxunan: "İçindən həşəratlar çıxdı" - Çips paketlərində qurdlar olur? - VİDEO

596861

Sosial şəbəkələrdə tez-tez rast gəlinən videolarda bəzi vətəndaşlar çips paketini açdıqdan sonra içindən qurd çıxdığını iddia edirlər. Hətta bəzi görüntülərdə məhsul mikroskop altında göstərilərək tərkibində canlı orqanizmin olduğu fikri irəli sürülür.

Bizim.Media xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilir.

Bəs bu iddialar nə dərəcədə reallığı əks etdirir?

Qida üzrə ekspert Seymur Qafarov qeyd edir ki, belə hadisələrin baş verməsi qablaşdırma materialının tamlığının pozulması ilə əlaqəli ola bilər:

"Ümumiyyətlə, emal prosesindən sonra soyudulan məhsulların dolum zamanı içərisinə fiziki çirklənmə daxil ola bilər. Həmçinin hər hansı bir qurdun emaldan keçmiş məhsulun üzərində sürfəsi ola bilər. Bu zaman paketləmə bağlandıqdan sonra orada inkişaf edə bilər. Paketlənmiş məhsuldan həşərat çıxa bilər ki, bu da fiziki çirklənmə meyarına daxildir. Mikroskop altında çips dilimini müşahidə etdikdə isə orada mikrobioloji çirklənmə əlamətləri də görünə bilər".
 

Mütəxəssislər deyirlər ki, çips kimi qablaşdırılmış qida məhsullarında belə halların baş verməsi əsasən saxlanma şəraiti və gigiyenik normaların pozulması ilə bağlı ola bilər. Bu səbəbdən istehlakçılara tövsiyə olunur ki, məhsulun saxlanma şəraitinə və istifadə müddətinə xüsusi diqqət yetirsinlər.


Qida sahəsində şübhəli və xoşagəlməz hallarla qarşılaşdıqda isə vətəndaşlar həmin məhsulu istehlak etməməli və bunu təsdiq edən faktlarla birlikdə aidiyyəti quruma müraciət etməlidirlər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin