Masazırda bu yolun əsaslı təmiri yekunlaşıb – VİDEO

Hazırda oxunan: Masazırda bu yolun əsaslı təmiri yekunlaşıb – VİDEO

596592

Rahat və təhlükəsiz hərəkətin təmin olunması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən respublika ərazisində təmirə ehtiyacı olan avtomobil yollarında kompleks tədbirlər davam etdirilir. 

Bizim.Media xəbər verir ki, bu çərçivədə Xırdalan–Masazır–Novxanı avtomobil yolundan ayrılaraq Zəngilan qaçqın və məcburi köçkünlərinin məskunlaşdığı şəhərciyə aparan, uzunluğu 2 km olan avtomobil yolunda aparılan əsaslı təmir işləri uğurla başa çatdırılıb.

Uzun müddət əsaslı təmir olunmadan istismar edilən yolun hərəkət hissəsində deformasiyalar yaranmış, qabarmalar və çalalar əmələ gəlmişdi.

Bu isə nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinə ciddi maneələr törədirdi. Görülən əsaslı təmir işləri nəticəsində mövcud problemlər tam aradan qaldırılıb.
 

Təmir prosesi çərçivəsində yol boyunca zəruri sahələrdə yararsız qrunt qazılaraq kənarlaşdırılıb, əks-dolğu işləri aparılmaqla yeni yol əsası inşa edilib. Həmçinin vətəndaşların rahat hərəkətinin təmin olunması üçün mövcud piyada səkisi bərpa edilib, yeni asfalt-beton örtüyü döşənib.

 
Qeyd edək ki, sözügedən avtomobil yolu Agentliyin balansında olmasa da, vətəndaş müraciətləri və mövcud vəziyyət nəzərə alınaraq yolun əsaslı təmiri həyata keçirilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin