Bakı-Qazax magistralında qorxulu anlar: Yük maşını aşdı – VİDEO

Hazırda oxunan: Bakı-Qazax magistralında qorxulu anlar: Yük maşını aşdı – VİDEO

596037

Bakı-Qazax yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, qəzanı əks etdirən videogörüntü sosial şəbəkədə paylaşılıb.

Qeyd olunub ki, yolun sürüşkən olması səbəbindən yük avtomobili aşıb.

“Oxu.az”ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) faktı təsdiqləyib.
 

Bildirilib ki, sözügedən yol-nəqliyyat hadisəsi fevralın 12-də saat 17:50-də Bakı-Qazax yolunun 37-ci kilometrliyində qeydə alınıb.


"Ərəstun Abasqulu oğlu Abasov DAF markalı, 77-MO-641 dövlət nömrə nişanlı yük avtomobili ilə üzü Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və nəticədə avtomobil aşıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda vurğulanır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin