Sürücülər arxa duman fənərlərindən nə zaman istifadə edə bilərlər? – VİDEO

Hazırda oxunan: Sürücülər arxa duman fənərlərindən nə zaman istifadə edə bilərlər? – VİDEO

595996

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi paytaxt ərazisində yol hərəkəti qaydalarına riayət olunmasının təbliği və təşviqi məqsədilə profilaktik tədbirləri davam etdirir.

Bizim.Media xəbər verir ki, budəfəki tədbir zamanı məhdudiyyətli görünmə şəraiti olmadığı halda arxa duman fənərlərindən istifadə edən, sutkanın qaranlıq vaxtı xarici işıq cihazlarını yandırmayan sürücülər saxlanılıb və onlara qanunvericiliyin tələbi izah olunub.

“Bir daha hərəkət iştirakçılarının diqqətinə çatdırırıq ki, fərdi məsuliyyət və qaydalara əməl etmək təhlükəsiz yolun ilk şərtidir!” – deyə məlumatda qeyd edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin