İmtahan zamanı yeni qayda pozuntusu üsulu…
Bizim.Media “Xəzər TV”yə istinadən xəbər verir ki, sosial şəbəkələrdə "Sehrli qələm" adlandırılan bu cür vasitələr satılır.
İlk baxışdan adi yazı qələminə bənzəyir. Lakin, bu qələmi digərlərindən fərqləndirən onun içərisində gizlədilən xüsusi mexanizmdir. Sosial şəbəkələrdə reklam olunan bu vasitə, abituriyentlərə imtahanda köçürmə üsulu kimi təklif olunur.
Təhsil eksperti Rizvan Fikrətoğlu deyir ki, bu cür vasitələr şagirdləri elmdən uzaqlaşdırır. İmtahan zamanı aşkar olunarsa, abituriyent nəinki kənarlaşdırılır, hətta onun nəticələri ləğv edilir.
Ekspert bildirib ki, bəzən abituriyentlər ilk imtahanlarını özləri sərbəst verib, yüksək bal toplayırlar. Lakin növbəti imtahanda nəticələrinin sığortalandığını düşünərək özlərinə əziyyət vermədən bu cür üsullara əl atırlar ki, bu da onlara ciddi problem yaradr.
Ekspert onu da bildirib ki, abituriyentlərin bu cür vasitələrə ümid bağlaması, onların psixoloji olaraq imtahana hazır olmadıqlarını göstərir.
Daha ətraflı videoda:
Bizim.Media


































































































