“YAŞAT” Fondundan müharibə əlili Bəhrəm Abdullayevə DƏSTƏK - VİDEO

Hazırda oxunan: “YAŞAT” Fondundan müharibə əlili Bəhrəm Abdullayevə DƏSTƏK - VİDEO

595536

 “YAŞAT” Fondu müharibə əlillərinə dəstək istiqamətində tədbirlərini davam etdirir.

Bizim.Media xəbər verir ki, müharibə əlili Abdullayev Bəhrəm Təzəxan oğluna da mütəmadi olaraq müalicə istiqaməti üzrə dəstək göstərilir.

Ona Fondun vəsaiti hesabına növbəti dəfə “Spinal kord stimulyatorunun yerləşdirilməsi (ağrı pili)" əməliyyatı icra olunub.

Xatırladaq ki, sözügedən əməliyyat İcbari Tibbi Sığortanın Xidmətlər Zərfinə daxil deyil.

“YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının Hesabatlar (//yashat.gov.az/report/tableau) bölməsindən əldə etmək mümkündür.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin