Rusiyalı təbliğatçı Vladimir Solovyov “Rossiya-1” telekanalında yayımlanan verilişinin efirində kosmosda nüvə silahının partladılmasını təklif edib.
Bizim.Media xəbər verir ki, o, bunu SpaceX şirkətinin rəhbəri İlon Maska “qisas” kimi əsaslandırıb. Səbəb isə rus hərbçilərinin Starlink peyk sisteminə çıxışının məhdudlaşdırılması qərarıdır.
Solovyov bildirib: “Maskın üzərində çalışdığı hər şey, indi gördüyümüz hər şey Rusiyaya qarşı müharibənin maraqlarına xidmət edir. Ona görə də başa düşmürəm, niyə İlon Maskın peykləri bizim üçün qanuni hədəf sayılmır? Kosmosda nüvə silahının bir dəfə partladılması bu problemi kifayət qədər ciddi şəkildə həll edir.”
Eyni zamanda Solovyov etiraf edib ki, belə addımlar Rusiya peyklərinin də itirilməsinə səbəb olacaq.
“Aydındır ki, biz də bütün peyklərimizi itirəcəyik, amma biz onsuz da xeyli geridəyik və bu bizim üçün böyük itki deyil. Qorxulu heç nə yoxdur, poçt göyərçinlərinə keçərik,” — deyə o əlavə edib.
Bizim.Media

- A-
- A
- A+
Multimedia
14:57 / 02.02.2026
Solovyovdan ağlasığmaz TƏKLİF: “Kosmosda nüvə bombası partladılsın!” – VİDEO
Hazırda oxunan: Solovyovdan ağlasığmaz TƏKLİF: “Kosmosda nüvə bombası partladılsın!” – VİDEO
Hazırda oxunan: Solovyovdan ağlasığmaz TƏKLİF: “Kosmosda nüvə bombası partladılsın!” – VİDEO
594040
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































