Kosta-Rikada prezident seçkisinin ilkin nəticələrinə görə, hakim Suveren Xalq Partiyasının namizədi Laura Fernandes birinci turda qalib gəlib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, Ali Seçki Tribunalının açıqladığı məlumatlara əsasən, 88.43% protokol işlənib və Fernandes 48.51% səs toplayıb.
İkinci yerdə prezidentliyə namizəd Alvaro Ramosla Milli Azadlıq Partiyası gəlir - təxminən 30.06% səs.
Kosta-Rika qanunvericiliyinə görə, birinci turda qalib gəlmək üçün namizəd səsvermə iştirakçılarının 40%-dən çoxunu toplamalıdır. Əks halda, ikinci tur keçirilir.
Fernandes hazırkı prezident Rodrigo Çavesin siyasi varisi olaraq, kampaniya zamanı iqtisadi siyasətin davam etdirilməsinə, təşkilatlanmış cinayətkarlığa qarşı mübarizəyə və xarici investisiyaların cəlb edilməsinə diqqət yetirib.
Bizim.Media

































































































