Rusiya Finlandiya sərhədi yaxınlığında sovet qarnizonunu bərpa edir - VİDEO

Hazırda oxunan: Rusiya Finlandiya sərhədi yaxınlığında sovet qarnizonunu bərpa edir - VİDEO

593855

Rusiya Finlandiya ilə sərhədə yaxın yerləşən Petrozavodsk şəhərində sovet dövrünə aid hərbi qarnizonu yenidən bərpa edir. Ərazi 15 minədək rus hərbçisinin yerləşdirilməsi üçün böyük hərbi qruplaşmanın qəbuluna hazırlanır.

Bizim.Media xəbər verir ki, Yle nəşrinin əldə etdiyi peyk görüntülərində əvvəllər kol-kos basmış sahələrin təmizləndiyi, ora hərbi texnikanın gətirildiyi və yeni obyektlərin, o cümlədən şəxsi heyət üçün kazarmaların tikintisinə başlandığı görünür.

Qeyd olunur ki, Kareliyada hərbi infrastrukturun genişləndirilməsi indiyədək açıq şəkildə elan edilməyib.
 

Hərbi ekspertlərin qiymətləndirməsinə görə, bu modernləşmə yeni 44-cü ordu korpusunun yerləşdirilməsi ilə bağlı ola bilər ki, bu da regionda qüvvələrin kəskin şəkildə artırılması deməkdir.


Bildirildiyinə görə, Petrozavodskdan 12 km aralıda yerləşən Besovets aviabazasında artıq təxminən 80 ədəd Su-35S qırıcı təyyarəsi və köhnə Su-27-lər yerləşdirilib. Regionda həmçinin minlərlə zirehli texnika və sovet istehsalı silah saxlanılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin